adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 May 2017 17:37
9399
DÜNYA
A- A+

Avropada yeni dövlətin yaranacağı tarix bilindi

Kataloniya müstəqillik haqqında referendumu oktyabrın 1-də keçirəcək.

Adalet.az xəbər verir ki, İspaniya mediası bu tarixi Kataloniya hökumətinin rəhbəri Karles Puçdemonun gələn həftə elan edəcəyini yazıb.

Puçdemon bu tarixi Madriddə edəcəyi çıxışdan sonra açıqlayacaq:

"Puçdemon Madriddə edəcəyi çıxışı dinləməyə artıq İspaniya baş nazirini, bütün siyasi partiyaların rəhbərlərini, iş adamlarını dəvət edib”.

Mətbuata açıqlama verən Kataloniyanın Sol Respublikaçıları Partiyasının sədri Oriol Junkeras isə muxtariyyətin birtərəfli qaydada öz müstəqilliyini elan edəcəyini istisna etməyib.