adalet.az header logo
  • Bakı 21°C
16 May 2017 17:07
18683
ƏDƏBİYYAT
A- A+

Şərif Ağayar Laçın məktəbliləri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Mədəni maarifləndirmə” proqramı çərçivəsində "İmzalı görüş” layihəsinin növbəti tədbiri Buzovna qəsəbəsində keçirilib.

Bilik Fondundan verilən xəbərə görə, Buzovnada məskunlaşmış Laçın rayonu Quşçular tam orta məktəbində təşkil edilmiş imzalı görüşdə yazıçı Şərif Ağayar öz həmyerlilərinin qonağı olub.

Tədbiri məktəbin direktoru Sabir Mirzəyev qonaqları məktəblilərə və müəllimlərə təqdim edib sözü Bilik Fondunun əməkdaşına verib.

Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Şərif Ağayarın yaradıcılığı barədə danışıb. Sonra yazarla oxucuların dialoqu başlayıb. Məktəblilər Şərif Ağayarın yaradıcılığından danışıblar. Onların müxtəlif suallarını cavablandıran yazıçı yeniyetmələrə ədəbiyyatla, mütaliə ilə bağlı məsləhətlərini verib.

Sonda Şərif Ağayar məktəblilərə imzalı kitablarını hədiyyə edib.