adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 May 2017 16:35
9231
DÜNYA
A- A+

Tanınmış yazıçı qətlə yetirilib

Meksikada tanınmış yazıçı və jurnalist Xavyer Valdes Kardenas qətlə yetirilib.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kardenasın avtomobili mayın 15-də Kulyakan şəhərində naməlum şəxslər tərəfindən atəşə tutulub.

Faciə "RioDoce" nəşrinin ofisinin yaxınlığında baş verib. Kardenas bu nəşrin əsasını 2003-cü ildə bir qrup həmfikri ilə qoymuşdu.

Qətlin mafiya haqqında bir neçə kitabın müəllifi olan jurnalistin peşə fəaliyyəti ilə əlaqədar olduğu bildirilir.

Meksika prokurorluğunun məlumatına görə, 2000-ci ildən bəri ölkədə müxtəlif KİV-lərlə əməkdaşlıq edən 100-dən çox insan öldürülüb.