adalet.az header logo
  • Bakı 21°C
16 May 2017 16:00
14519
MƏDƏNİYYƏT
A- A+

Xalq artistinin yubileyi keçirildi

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı xalq artisti Əfrasiyab Bədəlbəylinin 110 illik yubileyinəhəsr edilmişkonsert keçirilib. Konsert bəstəkarın adını daşıyan 23 nömrəli Onbirillik musiqi məktəbində baş tutub.

Adalet.az xəbər verir ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər.

Tədbir görkəmli bəstəkarın əsərlərindənseçilmiş musiqi parçaları və onun "Qızqalası” baletindənfraqmentlərin nümayişi ilə başlayıb.

Daha sonra Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik musiqi məktəbinin istedadlı şagirdlərin ifasında S.Ələsgərov "Daimi hərəkət”, Niyazi "Xoreoqrafik vals”, T.Quliyev "Azərbaycana gəlsin”, F.Şubert "Ekspromt”, İ.Brams "Macar rəqsi №1”, V.A.Motsart "Rondo”, Villa Lobos "Polişinel” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.