adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 May 2017 15:05
7767
DÜNYA
A- A+

Ermənistanda hərbi hissə komandiri işdən azad edilib

Ermənistanın müdafiə naziri üç erməni hərbçisinin çayda boğularaq ölməsi məsələsində günahkarları cəzalandıracağını bildirib.

Adalet.az
Report-a istinadən xəbər verir ki, ötən gün onun əmri ilə N saylı hərbi hissənin komandiri Gevorq Manqasaryan işdən azad edilib.

Başqa komandirlərin də istefaya göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, mayın 13-də Azərbaycanın işğal altında olan Ağdərə rayonunun Madagiz kəndi yaxınlığında "Vilis” markalı avtomobilin gölə düşməsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi boğularaq ölüb. Bunlar Ruben Barseqyan (1998-ci ildə anadan olub), Rafael Bişaryan (1997) və Ruben Mnatsakanyandır (1998).

Xatırladaq ki, aprelin üçüncü ongünlüyü və mayın əvvəlini əhatə edən 4 həftə ərzində qeyri-döyüş şəraitində Ermənistan ordusunun 8 hərbçisi qeyri-döyüş şəraitində ölüb.