adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 May 2017 13:56
20408
ELM VƏ TƏHSİL
A- A+

700 bal toplayan abituriyentlər UNEC-də - Fotolar

Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçirdiyiqəbul imtahanlarından700 bal toplayan Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Arzu Məmmədzadə vəTürkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Cavad Əliyev UNEC-də olublar.


Adalet.az xəbər verir ki, ingilis dilində təhsil almaq istədiklərini bildirən abituriyentlər UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayevlə görüşüblər.İmtahanda ən yüksək nəticə əldə etdiklərinə görə gəncləritəbrik edən A.Rzayev bildirib ki, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində interaktiv metodlarla təşkil olunan dərsləri dünyanın aparıcı universitetlərindən məzunları tədris edir.Burada dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili həyata keçirilir.Tələbələr UNEC-in beynəlxalq mübadilə proqramlarında daiştirak edə bilir.

UNEC-də bir semestrlik pedaqoji fəaliyyət göstərənamerikalı professor Bülent Aybarla görüş abituriyentlər üçün yaddaqalan olub.B.Aybar abituriyentlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verib, dünya əmək bazarının tələblərini açıqlayıb.Amerikalı professor bildirib ki, UNEC bu gündünya əmək bazarının tələblərinə cavab verən peşəkar kadrlar hazırlayır.

UNEC-in dünyanın qabaqcıl univeristetləri olan LondonUniversiteti / London İqtisadiyyat Məktəbi və Fransanın Monpelye Universiteti ilə əməkdaşlıq etməsi abituriyentlərin xüsusi marağına səbəb olub.Onlara bildirilib ki, UNEC tələbələrə Avropanın həriki nüfuzlu universitetinin bakalavr diplomunu da əldə etmək şansı yaradır.UNEC-ə 600-dən yuxarı bal toplayaraq qəbul olunan hərbir tələbəyə universitet hesabına100 manat məbləğində əlavə təqaüd verilir. Bundan başqa, UNEC imtahan sessiyasında fakültə fərqiolmadan hər kurs üzrə ən yüksək nəticə göstərən15 tələbəyə əlaçı təqaüdü verir.

UNEC-in savadlı və bacarıqlı tələbələrə yaratdığıimkanları yüksək qiymətləndirən abituriyentlər İnnovativ Biznes İnkubatorunda fəaliyyət göstərən uğurlu startapçılarla da görüşüblər.Startapçılar onların ideyanın yaranması, həyata keçirilməsi vəinkubasiya dövrü barədə suallarına ətraflı cavab veriblər.

Elektron Universitet Modeli ilk dəfə auditoriyaya daxil olangənclərin marağına səbəb olub.Onlara Elektron Universitet Modelininin üstünlükləri barədə məlumat verilib.UNEC-in kitabxanasında olan abituriyentlər seçəcəkləri ixtisaslarlabağlı kitablarla maraqlanıblar.UNEC tələbələri onlara istifadə etdikləri dünyanın qabaqcıl universitetlərinindərsliklərini təqdim ediblər.

UNEC-də dərslərin ictimaiyyətə açıq keçirildiyini öyrənənabituriyentlər bu halı müsbət qarşılayıblar.Beynəlxalq İqtisadiyyat Məktəbinin dərs cədvəli ilə tanış olaraq, ixtisas seçimindən öncə dərslərdə iştirak etmək istədiklərini bildiriblər.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patentüzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.