adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 May 2017 12:45
5862
SİYASƏT
A- A+

Səlim Müslümovdan pensiyaçılara XƏBƏR

"Bu ilin iyununda əmək pensiyası ilə bağlı qüvvəyə minəcək dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq".

Adalet.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümovjurnalistlərə açıqlamasındadeyib.

Nazir bildirib ki, Azərbaycan Prezidentiİlham Əliyev"Əmək pensiyaları haqqında qanuna dəyişikliklər edilməsi barədə" qanunun iyunun 1-dənqüvvəyə minməsi barədə müvafiq sərəncam imzalayıb.

"Həmin sənədlə bir sıra qaydaların iki ay müddətində hazırlanaraq qüvvəyə minməlidir. Hazırda bunların üzərində nazirlikdə iş gedir. Bu dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq. Yeni dəyişikliklər iyulun 1-dənsonra pensiyaya çıxacaq şəxslərə aid olacaq".