Nobel mükafatını rədd etmiş ilk dahi
İlk Nobel imtinaçısı Lev Tolstyodan sonra keçən 110 ildə ona yaxın adam bu nüfuzlu mükafatdan imtina edib.
1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev Nikolayeviç
Tolstoyun nobelə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutan
Tolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd nobel almaq üçün
yox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyinin
geri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi. Ancaq Tolstoy bu
cür addım atmış yeganə adam deyil. Sonradan nobel imtinaçılarına Jan Pol
Sartr, Boris Pasternak və başqa tanınmış simalar da qoşuldular.
Lev Tolstoy öz davranışı ilə bir nümunə yaratdı. Yeni
yaranmasına baxmayaraq (o zaman nobel mükafatı cəmi beş iş il idi yaranmışdı),
prestiji olan bu mükafatdan heç kim imtan etməzdi. Rus yazıçısının qeyri-adi
addımından sonra isə xüsusi termin olan: "Nobel imtinaçısı” yarandı. Ondan bəri
keçən 110 il ərzində belə "üsyankarların” sayı 10-u keçməyib.
Nobel mükafatından imtina etmiş ilk insan
Tolstoy yazıçı və tərcüməçi dostu Arvid Jarnefeltə yazıb
ondan kömək istəyirdi. O məktubunda
"Hərb və Sülhün” müəllifi kimi nobelin kiməsə başqasına qismət olması üçün ona
yardım etməsini rica edirdi. Gözlənildiyi kimi dostu bundan təəccüblənmişdi. Nəzərə
alanda ki, o dövr "Nobel” mükafatının həcmi 150 milyon isveç kronu idi, belə
mükafatdan imtina etmək üçün dəli olmaq lazım idi. Tolstoy sonralar Jarnefeltə yazdığı sonrakı məktublarında onu
"böyük məbləğin öhdəsindən gəlmək kimi ağır əzabdan qurtardığı üçün” minnətdarlığını
bildirirdi. Ümumiyyətlə, o zamanlar Lev Nikolayeviç ən yaşlı nobel mükafatçısı
ola bilərdi, axı mükafat veriləndə onun nə az, nə çox 78 yaşı vardı. Ancaq
Tolstoy mükafatı almadığı üçün ən yaşlı nobelçi amerikalı iqtisadçı Leonid Hurviçz hesab olunur. O düz 90 yaşında nobel alıb.
Beləliklə 1906-cı ildə nobel mükafatını italyan şairi
Giuseppe Carducci aldı. Tolstoy bundan həddsiz sevinmişdi, bununla belə dünyada
Nobel mükafatından imtina etmiş ilk insan kimi də tarixə keçmişdi.
Sartrın üsyanı
Tolstoyun imtinasından düz 58 il sonra, eyni hadisə yenidən təkrarlanıb.
Bu dəfə "imtinaçı” fransız Jan-Poll Sartr idi. Ancaq Tolstoydan fərqli olaraq Sartr öz imtinasını səs-küysüz
deyil, böyük bir qalmaqal qopararaq gerçəkləşdirmişdi. O öz imtinasına iki səbəb
göstərmişdi. Birincisi, fransız yazar bununla öz müstəqilliyini dünyaya car çəkir,
ikincisi bu yolla o haqsızlıqda günahlandırdığı Nobel komitəsinə etirazını bildirirdi. Sartr
bu haqda yazırdı: "İndiki şəraitdə işinə görə mükafata laiyiq görülənlər Qərbin
yazıçıları ya da Şərqin " üsyançıları " dır. Ancaq Cənubi Amerikanın ən böyük şairi Neruda mükafata
layiq görülməyib. Heç vaxt Araqonun namizədliyinə ciddi yanaşılmayıb. Həmçinin Nobel mükafatının
Şoloxova deyil
Pasternaka verilməsi, nobel alan yeganə sovet əsərinin isə xaricdə çap olunub,
öz ölkəsində qadağa edilməsi özlüyündə üzücü faktdır ". Sartr Nobeli onun azadlığını əlindən almağı hədəflədiyini
deyirdi...
Məlumdur ki, Pasternakın nobelə layiq görülməsi 1958-ci ildən
əvvəl baş vermişdi. Doğurdan da yazar mükafatdan imtina etmişdi, ancaq öz istəyi
ilə deyil, "yuxarıların” təzyiqi ilə. Kremli
buna məcbur edən səbəb hələ də məlum deyil. Ya səbəb "Doktor Jivaqo” romanının özündə idi, ya da romanın xaricdə
çap olunması Kremlin qısqanclığına gətirib çıxarmışdı. Ancaq necə oldusa nobel
mükafatın Pasternaka düşməmişdi, mükafata layiq görüldükdən iki il sonra yazıçı
xəstələnib dünyasını dəyişir, onun Nobel mükafatını isə 1989-cu ildə oğlu ala
bilir. Şoloxova gəldikdə isə o öz nobelini 1965-cu ildə ala bilir.
Sülh naminə
"Nobel İmtinaçılar” arasında yazıçı olmayanlar da var. Məsəlçün
bir siyasətçini misal çəkək. Ən parlaq nümunə şimali Vyetnamdan
olan siyasətçi Le Duc Thodur.
Onun bəxt ulduzu ABŞ dövlət katibi Henry Kissingerlə birgə
parlamışdı, 1973-cü ildə hər iki siyasətçi "Vyetnam münaqişəsinin birlikdə həlli
işinə” görə nobelə layiq görülürlər. Hər şey gözlənilən idi. Bir neçə il ağır
danışıqlar aparılmış və uğurla nəticələnmişdi, nəticədə Amerikalılarla
vyetnamlılar Parisdə atəşkəs sazişi imzalamışdılar. Ancaq bütün bunlar sadəcə
kağız üzərində qalırdı. Gerçəkdə müharibə hələ də davam edirdi. Buna görə də
Şimali Vyetnamlı siyasətçi mükafatdan imtina etmişdi. O sülhü tam bərpa edə
bilmədiyi üçün özünü bu mükafata layiq görmürdü.
Son
Nobelə layiq görülüb ala bilməyənlər içində elm adamları da
var, özü də onun nobel almasına mane olan siyasətçilər idi. Belə ki, 1939-cu ildə Nobelə namizəd görülmüş
mikrobioloq Gerhard Domagk nobeldən imtina etməli olur. Onun bu addımın səbəbkarı
isə Adlof Hitler idi.
Bu yolla Hitler Nobel komitəsindən bir növ intiqam alırdı.
Belə ki, 1936-cı ildə sülpərvər və nasizmin düşməni Carl von Ossietzky-nin
nobelə layiq görülməsi Hitleri bərk əsəbləşdirmişdi. Buna görə də 1937-ci ildə
Hitler almanların Nobel almasını qadağan edən fərman imzalamışdı.
Bir qəribə fakt da tez-tez qarşımıza çıxır. Sən demə Hitler
özü də 1939-cu ildə tam Nobel almaq şansına sahib imiş. Onun mükafata namizədliyini
İsveç Akademiyasının bəzi üzvləri "sülhə” xidmətindən dolayı irəli sürmüşdülər.