adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 May 2017 09:23
5565
İDMAN
A- A+

Fransa çempionatının ən yaxşı futbolçusu bəlli olub

"PSJ” futbol klubunun hücumçusu, uruqvaylı Edinson Kavani Fransa çempionatının ən yaxşı oyunçusu seçilib.

Adalet.az-ın APA-ya istinadla məlumatına görə, bu barədə Fransa Futbolçularının Həmkarlar İttifaqının (UNFP) mətbuat xidmətindən bildiriblər.

Cari mövsümdə 30 yaşlı E.Kavani 35 oyunda iştirak edərək 35 qol vurub və 3 nəticəli ötürmə edib. O, hazırda "Liqa 1”-in bombardirlik yarışında birincidir. 2013-cü ildən etibarən "PSJ”nin formasını geyən E.Kavani bundan əvvəl İtaliyanın "Palermo" və "Napoli” klublarının şərəfini qoruyub. 2011-ci ildə E.Kavani Uruqvay yığmasının heyətində Amerika Kubokunun qalibi olub.