adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 May 2017 22:54
5924
DÜNYA
A- A+

Fransanın yeni baş naziri bəlli oldu

Fransanın yeni baş nazirinin kimliyi məlum olub.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron yeni baş nazirin Eduard Filipp olduğunu açıqlayıb.

Bununla da illər sonra ilk dəfə prezident öz partiyasından olmayan birini baş nazir təyin edib. Filipp ana müxalifət olan mərkəz sağ Respublikaçılar Partiyasından millət vəkilidir. Partiyanı prezident seçkilərində keçmiş baş nazir Fransua Fiyon təmsil edirdi.

Makronun özü isə "İrəli!” hərəkatını təmsil edirdi.