adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 May 2017 22:45
3631
MƏMLƏKƏT
A- A+

Güclü yağış və dolu Lerikə ziyan vurub

Güclü yağış və dolu Lerikdə fəsadlar törədib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, dolu əsasən Lerikin yüksək dağlıq ərazilərində müşahidə olunub. Qısa müddətli yağan dolunun diametri 2-3 sm olduğu bildirilir.

Bununla yanaşı Lerikin mərkəzinə də dolu düşüb. Nəticədə kənd və rayon ətrafı ərazilərdə meyvə-tərəvəz ağaclarına ciddi ziyan dəyib. Güclü ildırım çaxması səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.