adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 May 2017 21:37
2932
HADİSƏ
A- A+

Cocuq Mərcanlıda 4 mina tapılıb

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün aparılan təmizləmə əməliyyatları nəticəsində 1 045 ədəd qəlpə, 2 ədəd piyada əleyhinə mina (OZM-72) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Adalet.az-a verilən məlumata görə, gün ərzində 39 693 kv.m ərazi (1 753 kv.m əllə, 14 940 kv.m mexaniki üsulla, 23 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.