adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 May 2017 17:28
4710
İDMAN
A- A+

Prezident qalib gələn cüdoçulara medalları təqdim edib

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi idmançılardan ibarət cüdo komandalarının yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Adalet.az-ın məlumatına görə, qalib komandalara medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Komanda yarışında Azərbaycan yığması finalda əlcəzairli rəqiblərinə qalib gəliblər.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.