adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 May 2017 17:04
5351
İDMAN
A- A+

Cüdo komandamız İslamiadanın qalibi oldu - 29-cu QIZIL

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi idmançılardan ibarət cüdo yığması qızıl medal qazanıb.

Adalet.az-ın məlumatına görə, finalda əlcəzairli cüdoçularla qarşılaşan təmsilçilərimiz gərgin döyüşlərdə qalib gəliblər - 3:2.

Bununla da İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qızıl medallarının sayını 29-a çatdırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.