adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 May 2017 15:19
5946
İDMAN
A- A+

Rüstəm Orucov: İslamiadada gümüş medal layiqli mükafatdır

İdmanda rəqabət inkişaf və gələcək nailiyyətlər üçün çox vacibdir.

Bunu Adalet.az-a Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə 73 kq çəki dərəcəsində gümüş medal qazanmış Rüstəm Orucov deyib.

O bildirib ki, qızıl mükafatı qazanmağı çox istəyirdim, amma alınmadı:

"İslamiadada gümüş medal da layiqli mükafatdır. Finalda həmyerlimə uduzduğum üçün heyfslənmirəm. Milli komandada liderliyi geri almaq üçün çalışacağam”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.