adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

...təqvimlər qurban olsun Ata-Anama

10966 | 2017-05-15 12:13

Elə hisslər var ki, nə qədər çalışsan daonları sözlə ifadə etmək olmur. Vətənə, valideyinə, və övlada olan məhəbbətkimi. Vətən sevgisini qeyd eləməyə bütün ölkələrin hansısa bir əlamətdar günüvar. Amma sadəcə bəzilərinin valideyin sevgisi üçün bayram tarixi mövcuddur.Atalar günü və Analar günü... Yalnız sözdə belə gözəl səslənən bayram, təqvimləqeyd olunan günlərdə xöşbəxtlik yaşanar deyə düşünür adam. Ən azından ildə birdəfə Ata və Anaya ayrılan gün, unudulmağa doğru gedən ailə dəyərləriniqorumağa, böyüklərə qarşı sayqı göstərməyi xatırlamağa səbəb olur. Canından birparça olduğumuz Ata, canının bir parçası kimi 9 ay bizi bətnində daşıyan Ana.Sizcə də bu müqəddəs varlıqlar özəl bir günə layiq deyilmi? Əlbətdə ki, hamıdanvə hər şeydən çox layiqdirlər, amma gəl gör ki, təqvim onları sevindirmir...

Birdən xatırlayırsan qardaş ölkənTürkiyə əsl bayram olaraq qeyd edir Ata – Ana günlərini. Bu dəm öz-özünədeyirsən: "Olmasın sənin illik təqvimində bu tarix, axı sən də Türksən vəTürkün Ata - Anası onun baş tacı olub hər zaman, bütün təqvimlər qurban olsunAta-Anama...”

Baharın ən gözəl ayı olan mayın ikincihəftəsi ayrılır Analara. O gün bütün bayramların ən kövrəyi yaşanar bəlkə də.Anası həyatda olanlar şanslıdır – bayramın sevincini yaşayarlar, Anası budünyadan köçənlər bayram hədiyyəsi kimi bir qucaq dua bəxş edir doğmalarınınruhuna.

İllərdən qalma ənənə var ailəmizdə,məşhur şeirdə deyildiyi kimi "lap tezdən oyanırıq”, atamla sürpriz hazırlayırıqanama. Amma bunlar 8 mart beynəlxalq qadınlar günündə olur. Düşündüm bu il"Analar günü”-nü mən də qeyd edim. Hədiyyəm isə qayğılı xatirələrlə bol birtəşəkkür məktubudur Anama...

Dünyanın ən incə ruhlu Anasına...

Ana – Sənə olan sevgim və heyranlığım oqədər böyükdür ki, izahı mümkün deyil. Nəfəs kimisən, döyünən ürəksən, görəngözsən, varlığına hər gün şükür edib Allaha açılan dua əllərisən! Nə etsəm, nədesəm azdır yenə, ödəyə bilmərəm çəkdiyin zəhmətin, əməyinin dəyərini.

Bətnindəykən narahat etdiyim ilk gündənindiyəcən çəkdiyin əziyyətlərin qarşılığı yoxdur çünki. İlk qidam, ilk kəlməm,ilk sevgimsən.

Elə ilahi varlıqsan ki, danışmağıbacaran birini başa düşmək çətinkən sən övladının istəyini danışmadananlaynasan. Ruhunda hiss etdin, sevginlə yoğurub ürəyində böyütdün.

Mənlə ilk qarşılaşdığın an yanağındansüzülən sevinc göz yaşların, ilk toxunuş, ilk təmasımız Rəbbimin dünyanı yoxdanvar etdiyi gün kimi möhtəşəm olub. Yeni dünyaya qədəmimə səbəb olduğunçüntəşəkkür edirəm Anam...

"Dopatdım” (qopartdım), "qanaxıdı”(qaranlıqdır) kimi deyə bilmədiyim sözlərimin doğru tələffüzümün müəllimioldun. Təşəkkür edirəm ilk müəllimim...

Uşaqkən bağçaya getmək istəməzdim heç,sən hər yerdən güvənli idin mənə. Küsərdim məni bağçaya verəndə, səni bir dəgörməyəcəm qorxusu dolardı körpə canıma. Vaxtı sayardım sənə qovuşmağa.

Gözləməyi öyrətdiyinçün təşəkküredirəm...

Birinci sinifə başlayanda müəllimlərimdəsəni gəzərdim, o təbəssümlü simanın həsrətini çəkərdim dərsdə. Təbəssüməyoluxdurduğunçün təşəkkür edirəm...

Aldığım ilk sevgi məktubunu məhv edibgələcək eşq əzabından qoruyan xilaskarımsan. Qoruyucu mələyim olduğunçüntəşəkkür ediirəm...

Bədən ölçülərimi əzbər bilən, mənimənsiz bəzəyənimsən. Təşəkkür edirəm zövqlü dərzim olduğun üçün.

Döndüyüm neçə ölüm qapılarından "hələolmaz” deyib geri qaytaranımsan. Baş ucumda səssizcə ağlayıb dua etdiyin günləraz olmadı mələyim. Xəstə yatağımda yuxuda olduğumu düşünüb saçlarımı oxşadığıngünlərin əvəzini necə qaytarım? Üşüməyim deyə hər saat başı yorğanımı ötdüyünyuxusuz gecələrini demirəm hələ. Həyatımın təbibi olduğunçün təşəkkür edirəm...

Universitetə qəbul olunduğum sevinciyləgözüyaşlı boynuna sarıldığım ana, sən məni, mən səni təbrik etmişdik. Səninzəfərin mənim həyata açılan növbəti qapım idi çünki. Ən yaxın rəfiqəm, təkdostum olduğunçün təşəkkür edirəm...

Bir də həyatın bu yazılmayan qanunlarıolmaya deyirəm. Susursan, səsini boğursan öz içində, amma çinar kimi eləəzəmətli dayanırsan ki, kənardan baxan sənə "kişi kimi qadın” deyir. Daşlaşmağaməcbur qalırsan bəzən. Bunu da səndən öyrəndim mələyim. Ən çətin məqamda dadözümü, ən ağır sınaqlarda təmkinli olmağı səndə görüb öyrətdim canıma.Öyrətdiyin dəyanət əzmi üçün təşəkkür edirəm...

İncə varlığım, Anam olduğun və həraddımımda yanımda yer aldığın üçün təşəkkür edirəm! Bir adam nə qədər çalışırsaçalışsın valideyin borcunu qaytara bilməz. Tək bacaracağı xeyirli övlad, yaxşıinsan, şərəfli vətəndaş, ola bilməkdir. Bu hər valideyinin övladdangözləntisidir. Övlad olaraq illik hesabat təqvimimiz sayılan Ata-Analar günüdür,əsas istəyimiz isə hər ilin bu günü bizə həyat bəxş edən müqəddəs varlıqlaralayiq olduğumuzu göstərə bilməkdir.


TƏQVİM / ARXİV