adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 May 2017 15:51
21975
KRİMİNAL
A- A+

Bakıda saxta əsginaslar hazırlayan şəxs tutulub

Bakı şəhər sakinindən saxta əsginaslar götürülüb.

Adalet.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Sərxan Məmmədovdan 0,203 qram heroin, 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, Əfqan Nağıyevdən isə 0,236 qram heroin, 2 ədəd 50 manatlıq və 3 ədəd 20 manatlıq saxta əsginaslar götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə saxta əsginasları hazırlayan Yeni Suraxanı qəsəbə sakini Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.