adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 May 2017 15:29
7133
İDMAN
A- A+

Qələbəmi şəhidlərimizə həsr edirəm

Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ölkəmə qızıl medal qazandırmışam.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda qızıl medal qazanmış idmançımız Ayxan Mamayev deyib.

O bildirib ki, döyüşləri ağır keçib:

"Amma şadam ki, qalib gəldim. Döyüşə yaxşı hazırlaşmışdım. Qələbəmi torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə həsr edirəm. Qarşıda olimpiya oyunlarına hazırlaşacağam".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.