adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 May 2017 15:25
5079
İDMAN
A- A+

Qalib gəlməyimin bir səbəbi də yarışların Bakıda keçirilməsi oldu

Yarışda özümə çox arxayın idim. Qalib gəlməyimin bir səbəbi də yarışların Bakıda keçirilməsi oldu.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda qızıl medal qazanmış idmançımız Roman Heydərov deyib.

O bildirib ki, azarkeş dəstəyindən yaxşı ruhlandırıcı heç nə ola bilməz:

"Azarkeşlərə güvənib döyüşdüm və qalib oldum. Qarşıda Gənclər arasında dünya çempionatı keçiriləcək. Orada da iştirak edəcəyəm və 2020-ci il Olimpiya Cempionatına hazırlaşacağam".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.