adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 May 2017 14:54
7165
SİYASƏT
A- A+

Putin Pekində Ərdoğana dəstək verdi

Hazırda Suriyada əsas məqsəd atəşkəs rejiminin gücləndirilməsidir.

Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin söyləyib.

O, Rusiyanın Suriyadakı kürd qruplaşmalarıyla iş əlaqələri qurmaq haqqına sahib olduğunu bildirib.

Putin Suriya kürdlərinə silah verilməsinə ehtiyac olmadığını söyləyib.

Qeyd edək ki, ABŞ-ın YPG-yə silah verməsi Türkiyədə narazılıq yaradıb. Türkiyə lideri Ərdoğan İŞİD-ə qarşı mübarizədə başqa bir terror təşkilatından istifadə edilməsinin yolverilməz olduğunu deyib.