Toy ərəfəsi baxdığımız qorxulu film

OĞUZ AYVAZ
111467 | 2017-05-15 13:29

Başımız toyaqarışdığından günlərdir, düz-əməlli şəkildə film izləyə bilmirik. Dəvətnaməpaylamaq intellektuallığımıza mane olur (Burda bir gülüş işarəsi olmalıdır).Fürsət düşəndə izləməyə çalışsaq da film, ya da kitab əlimizdə yarımçıq qalır.Gözümüzü dəvətnamə kağızındakı adlara zilləyirik.


Nəhayət, dünəngecə fələyin ayağını qıra bildik. Sevgilimlə sevdiyimiz polyak rejissor RomanPolanskinin bir filmini izlədik. Yaxın durun, filmi danışacam sizə.


"Dalan” filmirejissorun çəkdiyi filmlər arasında ən şedevri hesab olunur. 1966-ci ildə lentəalınıb.

Filmin girişindəiki adamın yolda maşınla hərəkətdə olduğunu görürük. Maşını sürən üzdən kobud,yüksək səslə danışan, bir qolu yaralı adamdır. Digəri isə gözündə eynəyi,görünüşcə professoru xatırladan adamdır, elə hey mızıldanır. Qəfil maşın xarabolur. Yolda qalırlar. Qolu yaralı adam telefon axtarışı ilə təpəliklərə tərəfuzaqlaşır. Halsız professor isə yerindən durmağa ərinir. Çox güman bu adamlaroğrudurlar, mafiyadırlar.


Dənizin kənarındatəpəliklərin üzərində köhnə bir malikanədə yenicə evlənmiş cütlük yaşayır. Qoluyaralı adam bunların evinə gizlicə girir. Gecə çarpayıda əylənən cütlük dəhlizdəngələn səslə sükuta qərq olurlar. Ər təbiətcə çox mülayim, tolerant, qorxaq, həmdə həvəskar rəssamdır. Böyük malikanədə sevdiyi qadının portretlərini çəkir. Həyatyoldaşı, sevdiyi qadın isə əyləncəli, həyat dolu bir fransızdır.


Qolu yaralıadam gecə ikən bunları əsir götürür. Filmdə komik səhnələr də olduqca çoxdur.Dan yeri ağarana yaxın yadına düşür ki, dostunu maşında unudub. Səhərə yaxın dənizdəsuyun artması nəticəsində maşın sular içində qalır. Dostunu güclə, əsiraldıqları adamların köməyilə xilas edə bilir. Günorta sular çəkilir. Dostunumalikanəyə gətirirlər. Lakin qısa müddətdə halsız professor ölür. Onu malikanəninhəyətindəcə basdırırlar.


Qolu yaralıadam ev yiyələrinə qarşı kobudluq, özbaşınalıq göstərir. Qorxaq ər səsini çıxardabilmir, müti adamlar kimi başını aşağı salır. Arvadı üsyan edir, onun kişiolmadığını bar-bar bağırır.


Filmin sonumöhtəşəm bitir. Qorxaq ərin içindəki vəhşi adam oyanır və qolu yaralı adamıgüllələyir. Arvadı, sevdiyi qadın onu tərk edir. Hadisənin şoku ilə başqa birkişi ilə adadan uzaqlaşır. Qorxaq ər gecə ay işığında əzab çəkərək hıçqırır.


P.S. SizAllah, bizdəki ağıla bax. Toy ərəfəsi belə bir film izləyirik. Evlənən cütlüklərəməsləhət görülmür. (İkinci gülüş işarəsini də bura qoyaq).


TƏQVİM / ARXİV