ANA SƏHİFƏ / YAZARLAR

Toy ərəfəsi baxdığımız qorxulu film

82984    |   2017-05-15 13:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Başımız toya qarışdığından günlərdir, düz-əməlli şəkildə film izləyə bilmirik. Dəvətnamə paylamaq intellektuallığımıza mane olur (Burda bir gülüş işarəsi olmalıdır). Fürsət düşəndə izləməyə çalışsaq da film, ya da kitab əlimizdə yarımçıq qalır. Gözümüzü dəvətnamə kağızındakı adlara zilləyirik.


Nəhayət, dünən gecə fələyin ayağını qıra bildik. Sevgilimlə sevdiyimiz polyak rejissor Roman Polanskinin bir filmini izlədik. Yaxın durun, filmi danışacam sizə.


"Dalan” filmi rejissorun çəkdiyi filmlər arasında ən şedevri hesab olunur. 1966-ci ildə lentə alınıb.

Filmin girişində iki adamın yolda maşınla hərəkətdə olduğunu görürük. Maşını sürən üzdən kobud, yüksək səslə danışan, bir qolu yaralı adamdır. Digəri isə gözündə eynəyi, görünüşcə professoru xatırladan adamdır, elə hey mızıldanır. Qəfil maşın xarab olur. Yolda qalırlar. Qolu yaralı adam telefon axtarışı ilə təpəliklərə tərəf uzaqlaşır. Halsız professor isə yerindən durmağa ərinir. Çox güman bu adamlar oğrudurlar, mafiyadırlar.


Dənizin kənarında təpəliklərin üzərində köhnə bir malikanədə yenicə evlənmiş cütlük yaşayır. Qolu yaralı adam bunların evinə gizlicə girir. Gecə çarpayıda əylənən cütlük dəhlizdən gələn səslə sükuta qərq olurlar. Ər təbiətcə çox mülayim, tolerant, qorxaq, həm də həvəskar rəssamdır. Böyük malikanədə sevdiyi qadının portretlərini çəkir. Həyat yoldaşı, sevdiyi qadın isə əyləncəli, həyat dolu bir fransızdır.


Qolu yaralı adam gecə ikən bunları əsir götürür. Filmdə komik səhnələr də olduqca çoxdur. Dan yeri ağarana yaxın yadına düşür ki, dostunu maşında unudub. Səhərə yaxın dənizdə suyun artması nəticəsində maşın sular içində qalır. Dostunu güclə, əsir aldıqları adamların köməyilə xilas edə bilir. Günorta sular çəkilir. Dostunu malikanəyə gətirirlər. Lakin qısa müddətdə halsız professor ölür. Onu malikanənin həyətindəcə basdırırlar.


Qolu yaralı adam ev yiyələrinə qarşı kobudluq, özbaşınalıq göstərir. Qorxaq ər səsini çıxarda bilmir, müti adamlar kimi başını aşağı salır. Arvadı üsyan edir, onun kişi olmadığını bar-bar bağırır.


Filmin sonu möhtəşəm bitir. Qorxaq ərin içindəki vəhşi adam oyanır və qolu yaralı adamı güllələyir. Arvadı, sevdiyi qadın onu tərk edir. Hadisənin şoku ilə başqa bir kişi ilə adadan uzaqlaşır. Qorxaq ər gecə ay işığında əzab çəkərək hıçqırır.


P.S. Siz Allah, bizdəki ağıla bax. Toy ərəfəsi belə bir film izləyirik. Evlənən cütlüklərə məsləhət görülmür. (İkinci gülüş işarəsini də bura qoyaq).




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK