adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 May 2017 21:54
12675
ƏDƏBİYYAT
A- A+

İraq ədəbi irsinə böyük zərbə

İraqın ən böyük ikinci kitabxanası olan və bir çox nadir nümunənin qorunduğu Mosul Universiteti Araşdırma Kitabxanası məhv olmaq üzrədir. 

Artıq üç ildir ki, İŞİD işğalında olan şəhərin mədəniyyətinə kitabxananın yağmalanması ilə böyük zərbə vurulub. "worldtoday”-in məlumatına görə, son rəqəmlər 100 mindən çox əlyazma və kitabın məhv olunduğunu deyir. Bir zamanlar ədəbi irsinin zənginliyi və nadirliyinə görə YUNESKO-nun mədəni irsinə daxil edilən kitabxana tarixinin ən ağır dövrünü yaşayır. Partlayışlar zamanı kitabxana binası ciddi zərər görüb. Uçan divara hörülmüş rəflərdəki minlərlə kitab yanıb, istifadəyə yararsız vəziyyətə düşüb.

Kitabxana binası 2014-cü ildən bəri terror qruplaşmasının silah qərargahı üçün istifadə edilir. İraqın ən böyük ikinci universiteti olan Mosul Universitetinin tələbələri də Duhok Universitetinə köçürülüb.