adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 May 2017 11:16
21785
KRİMİNAL
A- A+

Mədəsindən 25 büküm heroin çıxdı

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Adalet.az DGK-ya istinadən xəbər verir ki, şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 25 büküm olmaqla, ümumi xalis çəkisi 125,573 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.