adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 May 2017 10:59
30768
TEXNOLOGİYA
A- A+

Tarixin ən böyük kiber hücumu - Diqqətli olun!

İnterpol 150 ölkədə 200 min nəfəri əhatə edən kiber hücumla bağlı məlumat yayıb.

İnterpolun rəhbəri Rob Vainrayt bunu "tarixin ən böyük kiber fidyə hucumu” adlandırıb. Onun sözlərinə görə, kiper hücumlar təkrarlana bilər.

""WannaCry” adlandırılan virus kompüterlərdə sənədlərə girişi məhdudlaşdırır və 300 dollar müqabilində sənədlərə yenidən baxmaq mümkündür.

"Kasperski” şirkətinin araşdırmaçısı Kostin Raiu bu virusdan 45 min kompüterin zərər çəkdiyini deyib. Şirkətin yaydığı məlumatda bildirilib ki, həmin virus "Shadow Brokers” adlı hakerlər tərəfindən ilk dəfə aprel ayında istifadə edilib. Həmin qrup bunun ABŞ-ın Beynəlxalq Təhlükəsizlik Təşkilatına (NSA) aid olduğunu bildirib.

Qeyd edək ki, mayın 12-də beynəlxalq kiber məkanda qlobal virus epidemiyası qeydə alınıb. İlkin məlumatlara əsasən kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən "WannaCry” adlandırılmış bu virusun əsasən "Windows” əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb.

Yoluxmuş kompüterlərdəki bütün növ fayllar – sənədlər, şəkillər, videolar, məlumat bazaları şifələnir, kompüterin fəaliyyətinə maneə yaradılır və deşifrələnmə üçün müəyyən məbləğ tələb edilir.