adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 May 2017 09:54
3002
HADİSƏ
A- A+

Bakı-Quba yolunda maşın aşdı: ölən və yaralılar var

Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Magistralın 112-ci km-də, Siyəzən rayonu ərazisində nəqliyyat vasitəsinin aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır, xəsarət alanlardan biri kişi, digər isə qadındır. Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.