adalet.az header logo
  • Bakı 17°C
15 May 2017 09:16
8024
DÜNYA
A- A+

Papua-Yeni Qvineyada 17 məhbus qaçmağa çalışarkən güllələnib

Papu-Yeni Qvineyanın Lae şəhərində polis əməkdaşları həbsxanadan qaçmağa çalışan 17 məhbusu güllələyiblər.

Adalet.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qaçmağa çalışan daha 3 nəfər polislər tərəfindən saxlanılıb, 57 nəfər isə qaçmağı bacarıb.

Qeyd edək ki, bu il fevral ayında Papu-Yeni Qvineyada həbsxanadan 90 nəfər qaçıb, 12 məhbus öldürülüb.