adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 May 2017 22:29
16901
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Çin arasında memorandum imzalandı

Bu gün Çin Xalq Respublikasının paytaxtı Pekində "Bir kəmər - bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum öz işinə başlayıb.

Forum çərçivəsində Azərbaycan və Çin arasında ""SOCARGPC" layihəsinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Çin Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imza atıb.

Qeyd edək ki, tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.