adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 May 2017 22:14
3673
İDMAN
A- A+

Üzgüçülərimizdən ilk qızıl medal

Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını əldə edib.

Adalet.az xəbər verir ki, üzgüçülərimiz yarışda ilk medallarını qazanıblar.

Sərbəst üsulla 1500 metr məsafəyə üzgüçülükdə təmsilçimiz Maksim Şemberev finişə bütün rəqiblərindən tez çatıb.

Bununla o, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İndoneziyalı Aflah Pravira ikinci, türkiyəli Ediz Yıldırımer isə 3-cü yeri tutub.