adalet.az header logo
  • Bakı 18°C
14 May 2017 21:30
3375
İDMAN
A- A+

Azərbaycanın qadın həndbol millisi çempion oldu

"Bakı 2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində qadınlar arasında həndbol yarışında final oyunu keçirilib.

Adalet.az xəbər verir ki, Azərbaycan yığması Türkiyə millisini 28:26 hesabı ilə məğlub edərək, İslamiadanın qızıl medallarını qazanıb. Qalib komandada ən çox - 8 qolu Alla Çernışkova vurub.

Qeyd edək ki, bürünc medalı Özbəkistan üzərində 41:25 hesabı ilə qalib gələn Kamerun yığması qazanıb.