adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 May 2017 21:24
2872
HADİSƏ
A- A+

Maştağada minaatan mərmisi tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində keçirilmiş əməliyyat barəd operativ məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 ev və həyatyanı sahəyə baxış keçirilib, 1 ədəd 40 mm-lik minaatan mərmisi (OF) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 100 kv.m ərazi yoxlanılıb.