adalet.az header logo
  • Bakı 20°C
14 May 2017 16:50
5557
İDMAN
A- A+

Kişi gimnastlarımız gümüş medal qazanıblar

Bu gün Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında kişilərdən ibarət komandamız yarışıb.

Adalet.az xəbər verir ki, kişilərin yarışında Murad Ağarzayev, Timur Bayramov və Bense Talas qüvvəsini sınayıb. Yığmamız komanda hesabında 161,700 xal toplayıb.

Yalnız Türkiyədən (163,450) geri qalan millimiz 2-ci yeri tutub. 3-cü pillədə isə 152,150 xalı olan İran qərarlaşıb.

Dəstəli atda Bense (14,100) 2-ci, Ağarzayev (13,850) 3-cü yerlə finala yüksəlib. 6-cı olan Bayramov (13,000) üçün yarış başa çatıb.

Dayaqla tullanmada Ağarzayev (12,350) 8-ci yerlə finala yüksəlib. Turnikdə Talas (14,150) 1-ci, Murad (12,800) 5-ci yerlə həlledici mərhələyə vəsiqə qazanıb. 12,200 xalla 8-ci olan Timur isə mübarizəni dayandırıb.

Qeyd edək ki, fərdi yarışlarda final mərhələsi sabah keçiriləcək.