adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 May 2017 14:18
4777
İDMAN
A- A+

Paracüdoçumuz Ramil Qasımov ipponla finala çıxdı

Azərbaycan paracüdoçusu Ramil Qasımov (73 kq) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda yarımfinalda mübarizəyə qoşulub.

Adalet.az-in Trend-in məlumatına görə, R.Qasımov tatamidə Türkiyə təmsilçisi Aydın Sərdar ilə qarşılaşıb.

Paracüdoçumuz rəqibinə ipponla qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.