adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
12 May 2017 14:51
11753
GÜNDƏM
A- A+

Niderlandlı iş adamları Azərbaycana dəvət olundu

Niderlandlı iş adamları Azərbaycana dəvət olundu Niderlandda yaşayan soydaşımız, "Connect” təşkilatının sədri Vüqar Abbasov və təşkilatın katibi Vim van Embden bu günlərdə Niderlanddakı Sxouven Dəüveland (Schouwen Duiveland) radiosunun qonağı olublar.

Bu barədə soydaşımız Vüqar Abbasov məlumat verib. Onun sözlərinə görə "Connect” in nümayəndələri radioda Azərbaycan haqqında danışıb, ölkəmizdə niderlandlı iş adamları üçün münbit şərait olduğuna diqqət çəkiblər. Təşkilatın katibi Vim ötən il ölkəmizə olan səfərindən danışıb və Bakının olduqca gözəl şəhər, insanlarının çox qonaqpərvər olduğundan söhbət açıb. Bütün dinlərin bir arada olduqca mehriban şəraitdə yaşadığına diqqət çəkən Vim niderlandlıların bu ölkəyə çəkinmədən gedə biləcəyini deyib:"Bakı çox gözəl şəhərdir və inanıram ki, niderlandlı turistlər ora gedəcəyi halda Bakını sevəcəklər” – deyə Vim əlavə edib. Niderland və Azərbaycan rəsmilərinin bir-birinin ölkələrinə qarşılıqlı səfərlərindən danışan təşkilatın sədri iki ölkə arasındakı əlaqələrin getdikcə inkişaf etdiyindən danışıb, Azərbaycanda niderlandlı iş adamları üçün çox münbit şəraitin olduğunu deyib. Təşkilatın əsas məqsədlərindən birinin məhz iki ölkənin iş adamları arasında əlaqələrin inkişaf etməsində qatqılarının olması olduğunu bildirib. Bu işdə Niderlanddakı Sxouven Dəüveland bələdiyyəsinin başçısının da "Connect” təşkilatına hər zaman dəstək verdiyi qeyd edilib. Proqramın aparıcısı "Connect”in ötən il Azərbaycanı tanıtım məqsədi ilə Niderlandda keçirtdiyi tədbirdən danışaraq belə tədbirlərin vaxtaşırı keçirilməsinin vacibliyini deyib və radiolarında Azərbaycan musiqilərini də səsləndirməyin mümkünlüyünü bildirib