adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 May 2017 14:20
4711
GÜNDƏM
A- A+

BƏƏ Olimpiya Komitəsi: Azərbaycan daha irimiqyaslı yarışları təşkil etməyə qadirdir

Azərbaycan daha irimiqyaslı idman yarışları təşkil etməyə qadirdir.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Olimpiya Komitəsinin katibi Davud əl-Haciri deyib.

Onun sözlərinə görə, Azərbaycandakı idman arenaları möhtəşəmdir:

"Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi çox gözəl, valehedici oldu. Əminəm ki, əksər ölkələr Azərbaycanla idman sahəsində əməkdaşlıq edəcəklər".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.