adalet.az header logo
  • Bakı 16°C
13 May 2017 13:45
5070
İDMAN
A- A+

Üç kişi cüdoçumuz finalda

"Bakı-2017"-də Azərbaycanın üç kişi cüdoçusu finala vəsiqə qazanıb.

Adalet.az-ın məlumatına görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Nicat Şıxəlizadə yarımfinalda iranlı idmançı Əlirıza Kojasteni məğlub edib. Cüdoçumuzun finaldakı rəqibi Əlcəzair idmançısı Houd Zourdani olacaq.

Həmçinin 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yarımfinalda Qırğızıstan idmançısı Otar Bestayevi məğlubiyyətə uğradıb. Onun finaldakı rəqibi isə Türkiyə təmsilçisi Bəkir Özlü olacaq.

Eyni zamanda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Hidayət Heydərov yarışın finalına yüksəlib. Hidayət Heydərov yarımfinal mərhələsində özbəkistanlı Giyoscon Boboyevi ipponla məğlub edib.