adalet.az header logo
  • Bakı 20°C
13 May 2017 11:06
5048
İDMAN
A- A+

Xanım karateçimiz finala çıxdı

IV İslam Həmrəyliyi Oyunlarında karate yarışları başlayıb.

Adalet.az-ın məlumatına görə, karate yarışları Bakı İdman Zalında keçirilir.

Karate üzrə yarışlarda ölkəmizi Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abıyeva, Firdovsi Fərzəliyev, Niyazı Əliyev və Rafael Ağayev təmsil edirlər.

Yarımfinal görüşündə Özbəkistan təmsilçisini məğlub edən Fəridə Abıyeva finala yüksəlib.