adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 May 2017 11:24
4448
İDMAN
A- A+

3 ölkə İslamiadada bu səbəbdən iştirak etmir

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında Sudanın niyə iştirak etməməsinin səbəbi hələ də aydın deyil.

Bunu İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd bu gün keçirilən mətbuat konfransında bildirib.

Loynd qeyd edib ki, Liviya maliyyə çətinlikləri görə oyunlara gələ bilməyib.

Baş direktorun sözlərinə görə, Küveyt tərəfindən yarışlarda iştirak üçün müəyyən hazırlıq işləri görülmüşdü:

"Küveytlilər müstəqil idmançı kimi yarışda iştirak edə bilərdilər. Lakin təəssüflər olsun ki, bu üç ölkə yarışlarda iştirak edə bilmədi”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək.