adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 May 2017 22:29
15982
ŞOU-BİZNES
A- A+

“Avroviziya” təmsilçisi həbsə atıla bilər

"Avroviziya-2017”-nin İslandiyadan olan təmsilçisi Svala Byorqvinsdouttir bir illik həbs oluna bilər.

Adalet.az Rusiya mətbuatına istinadən bildirir ki, buna səbəb müğənninin öz ölkəsinin bayrağı ilə qəbulolunmaz rəftarıdır. İslandiya Bayrağının Himayədarı vəzifəsini icra edən Marta Maqnusdottirin sözlərinə görə, Svalanın sosial şəbəkədə paylaşdığı videoda o, bayrağın üzərini yazır və şəkil çəkir. Bu isə yolverilməzdir.

Bundan başqa, müğənni bayrağı hava şarı vasitəsilə səmaya qaldırır. İslandiya qanunlarına görə isə bayrağı yalnız bayraq dirəyinin köməyilə qaldırmaq olar. Çünki hava şarının hara enəcəyi bəlli deyil, yəni bayraq yerə düşə bilər.

Svala bayraqla bağlı qanunu ikiqat pozduğu üçün indi həbsi boylaya bilər. Ya da böyük həcmdə cərimə olunacaq.