adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 May 2017 22:18
16896
MARAQLI
A- A+

İşsiz kişi bir gecədə milyonçu oldu

Australiyanın qərb bölgəsində yaşayan 30 yaşlı işsiz kişi bir gecədə milyonçu olub.

Adalet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, "Powerball” adlı lotoreyada 50 milyon dollar udub.

Həyatında ilk dəfə lotoreya alan kişi əvvəlcə buna inanmayıb.

"Evdə yoldaşımla oturub gələcək planlarımız haqda danışırdıq. bİrdən zəng gəldi və bu xəbəri mənə dedilər. İnanmadım. Dedim, yəqin, səhv baxıblar. Amma uduşu götürəndə həqiqətən milyonçu olduğumu anladım”, - deyə ötən ilin sonlarından işdən çıxan australiyalı bildirib.

O, pulun bir hissəsini ailəsinə, bir hissəsini dostlarına verəcəyini, bir də yeməyə ehtiyacı olanlar üçün restoran açacağını söyləyib:

"Tələbələr, evsiz olanlar var ki, qarınları acdır. Onlar üçün restoran açmaq fikrim var”.