adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 May 2017 21:15
13701
KRİMİNAL
A- A+

DİN bir gündə 56 nəfəri həbs edib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 22-si "isti izlər”lə açılıb.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər tutulub.