adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 May 2017 17:24
7037
GÜNDƏM
A- A+

Türk oğlu türk!

İncirlik bazasında ABŞ zabitlərini şoka salan, Türkiyə Xüsusi Təyinatlı Qüvvələrində xidmət edən zabitin adı məlum olub.

Adalet.az xatırladır ki, Türkiyə Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edən bu zabit yüksək uğurlarına görə ona medal vermək istəyən ABŞ-ın təklifini rədd etmişdi.

Həmin qəhrəman zabitin polkovnik Orkun Özeller olduğu məlum olub.

Türkiyə mətbuatından verilən məlumata görə, Qərargahda keçirilən mərasimdə, göstərdiyi yüksək nailiyyətlərə görə bir türk zabitinə ABŞ tərəfindən medal təqdim ediləcəkdi.

Mərasimdə çıxış edən, türk zabiti Orkun Özeller  "Sizin verdiyiniz medalı qəbul etməyim mümkünsüzdür” deyib. Orkun Özeller medalı qəbul etməməsinin səbəbi kimi ABŞ-ın terror təşkilatı PKK/YPG-yə verdiyi dəstəyi göstərib: "”Türkiyə olaraq gözəl işlərə nail olduğumuzu düşünürəm. Bunların ən əhəmiyyətlisi də Əl-Bab əməliyyatı zamanı heç bir mülki itki və dost atəşi ilə vurulma hadisəsinin olmamasıdır. Lakin xəritəyə baxdıqda Suriya və İraqda bu cür itkilər baş verir. Bu da Türkiyənin bu işdə doğru-dürüst olduğunu göstərir .Bu medalı verənlər mənim düşmənim olan PKK/YPG ilə əməkdaşlıq edirlər. Şərəfim bu medalı qəbul etməyimə imkan vermir” deyə türk zabiti qeyd edib.

Bundan sonra, türk zabiti tədbiri tərk edib.

Qeyd edək ki, Türkiyənin cənub-şərqində PKK-ya qarşı savaşan, "Fərat Qalxanı” hərəkatında İŞİD-ə qarşı əməliyyatı idarə edən Özeller kapitan rütbəsində ikən Kosovoda gündəmə gəlmişdi. Kosovada Türk Sülhməramlı Taborunda xidmət edən Özeller orada alman ordusunun hərbçilərini biabır etmişdi. Polkovnik Özellerin baş rol aldığı həmin hadisə:

2003-cü ildə İraqın Süleymaniyə şəhərində ABŞ hərbçilərinin türk əsgərlərini həbs etməsi xəbərinin əks-sədası davam edərkən Kosovanın Prizen şəhərində 4 alman hərbçisi bir türk zabitinə hücum etmişdi. Gecə vaxtı baş verən hadisə zamanı alman hərbçiləri şəhər mərkəzində Şadırvan körpüsündən keçən türk zabiti Özelleri sorğu-suala çəkmək istəmişdi. Silahını zorla almaq və onu maşına mindirmək istəyən almanlarla dava edən Özellerə Prizren xalqı sahib çıxdı. Kapitan Özeller ilə kosovolılar alman hərbçiləri Prizren küçələrindən qovdular. 4 alman ən sonda kilsəyə sığınmağa məcbur olmuşdu.