adalet.az header logo
  • Bakı 20°C
12 May 2017 17:51
5829
MƏMLƏKƏT
A- A+

Hərbi əsirlərin işləri üzrə Dövlət Komissiyası əhaliyə müraciət etdi

Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirmə yekunlaşmaq üzrədir.

Adalet.az bildirir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd edilib.

Məlumata əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən edilmiş vəzifələrin icrası məqsədilə itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir. Qeyd olunanlarla əlaqədar, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş yaxınlarının qeydiyyatı üçün Dövlət Komissiyasına müraciət etməmiş vətəndaşlardan qısa müddətdə İşçi qrupuna məlumat vermələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Parlament prospekti, 14

Telefonlar: (012) 405-83-82

(012) 405-84-43

(012) 405-91-53

(012) 405-80-43

E-mail: [email protected]