adalet.az header logo
  • Bakı 19°C
12 May 2017 17:09
23249
İQTİSADİYYAT
A- A+

Rusiyadan Azərbaycana ixrac olunan 1,3 ton vafli məhv edilib

Rusiyanın gömrük orqanları "Uslada" kombinatının istehsalı olan 1 250 kq "Xutorok skazok" ticarət nişanlı vaflinin Azərbaycana ixracının qarşısını alıb.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.

Samara vilayətinin gömrük keçid məntəqəsindən bildirilib ki, kombinat Çeboksarıda fəaliyyət göstərən "Akkond" fabrikinə məxsus ticarət nişanından qanunsuz olaraq istifadə edib.

Bundan sonra Samara şirkəti barəsində inzibati iş açılıb. Belə ki, məhsul məhv edilib, kombinat isə 100 000 rubl məbləğində cərimələnib.