adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 May 2017 17:35
8897
İDMAN
A- A+

Bakı-2017: Azərbaycan ilk medalını təmin etdi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında boks yarışı davam edir.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, 1/4 final mərhələsində təmsilçimiz Məhəmmədrəsul Məcidov Qazaxıstan idmançısı Nurlan Saparbayla qarşılaşıb.

+ 91 çəki dərəcəsində mübarizə aparan idmançıların gərgin keçən görüşündə boksçumuz 5:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Beləliklə, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını - ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.