adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

MONQOL SƏFİRİNƏ MƏKTUB

ƏBÜLFƏT MƏDƏTOĞLU
69832 | 2017-05-12 15:38

Onu hələlik bildiyim dildə yazdım

Uzun sürən ağır xəstəlikdən sonra müalicəsitapılmayan evimin fatihəsi verildi. Necə deyərlər, yuyatdan sonra əlimi üzüb çəkildimöz dünyama. Nə başsağlığı qəbul etməyə, nə də başsağlığına gələnlərə Allahın birstəkan çayını təklif etmək gücüm olmadığından gözdəniraqvə könüldən də iraq olamağaüstünlük verdim. Bu üstünlük məni çəkib apardıxeyli uzaqlara.Yaddaşımda alatoran bir mənəzərə yarandı. Özüm özümdən xəbərsiz o alatoranlığıniçərisində az qala XIII əsrin əvvəlinə gedib çıxdım. Tarixi mükəmməl bilənlər mənibağışlasın. Ola bilsin ki, hansısa faktı,rəqəmi bir balaca təhrif etmiş olum. Bu da bilərəkdən yox, elə durumumun özününbəhrəsidi. Məsləhət verə bilərsiniz ki, faktları dəqiq göstərmək üçün ən azındaninternetə müraciət etmək olar. Mən bunu da artıq özümə yük saydım. Axı, nəfəs almağahəvəsim olmadığı bir məqamda internetə baxmaq istəyim də büsbütün ölüb. Və yeganəiçimdə qalan qığılcım həmin o alatoranlığın içərisində mənim hələ bitmədiyimi göstərənəlamətdi. Mən də o əlamətə söykənib nəsə bir yol axtarmaq, qərar vermək zorundayam.Amma doğrudan-doğruya çox çətindi. O qədər çətindi ki, adam heç yaşamaq da istəmir.Və yaşamaq istəməyən adamın birdən-birə monqol səfirinə məktub yazmaq istəməsi sizəəcaib görünməsin. Ola bilsin ki, bu məktub özü də bir anormallıqdı və yaxud da sonsözdü… Nə bilim vallah. Hər nədisə içimdən gəlib keçdi - son istək kimi, son duakimi, son arzu kimi. Və mən…

Bəli, niyə məhz monqol səfirinə? Öncə burdanbaşlayım. Tarixçilərin sübut etdiklərinə görə, monqolların məmləkətimizəüç yürüşü olub. O yürüşlərin birincisində monqollar Beyləqan şəhərinə də gəlib çıxıblar.Bu fakt yadıma düşəndə həmin o içimdəki son qığılcım qımıldamağa başladı. Elə bilkimsə onu alvolandırmağa cəhd göstərdi. Sən demə,bukimsə həmin o tarix, həmin o yaddaş imiş. Axı mən də erməni işğalından sonra Beyləqanaüz tutmuşdum. Burda bir nüans var. O nüans da monqolların işğalçı kimi gəlməyidi,mənim qaçqın, köçkün kimi. Üstəlik o nüans həm də monqolların ilk yürüşüdü, mənim üçüncü dəfə evtikmək, ocaq yandırıb balalarımı ətrafıma yığmaq cəhdi. Hətta bu yerdə yadıma düşdüki, məhz Beyləqanda yazmışdım:


Bir qış nağılıdı bu qış gecəsi

Şaxta da, sazaq da köhnə tanışım…

Bircə evim yoxdu balalarımı –

Toplayıb başıma nağıl danışım…


Sən demə, bu nüanslar təsadüf deyilmiş. Vəmən də təsadüf olmayan həmin o nüanslardan sonra qərara gəldim ki, üst-üstədüşən oxşarlıqlardan bir məktub düzəldim. Gücüm çatan, qələmim tutan, dilim yatanbir məktub göndərim monqol səfirinə. Qoy o da mənim kimi xatırlasın həmin o zamankəsiyini. Bəlkə XIII əsrə nə vaxtsa kimsə bir işıq çəkdi. Həmin o işıqda mənim dəpayım olsun. Və işığın altında görsünlərki, evi olmayan bir qaçqının sən demə,taleqırıqlığı təsadüf deyilmiş. Bax, bu məqsədlə də hələ XIII əsrin əvvəlində Hülaküxanın Beyləqana gəlib çıxmasını mən taleyimin yazıldığı anın başlanğıcı sayıram.Bilmirəm ona rəhmət oxuyum,yoxsayox, amma həqiqətən dünyanın o biri başından durub Arazın qırağına gəlib çıxmaqvə burda da mənim yazılacaq taleyimə işartı olmaq çox böyük bir məsələdi, çox böyükbir mövzudu anlayan üçün!..

Bəli, indi dünyanın durumu elədi ki, əksəriyyətgünün hardan başlayıb,hardabitdiyini, dan yerinin necə sökülüb,necə qaraldığınıöz canında, qanında hiss edir. Bir qism insan isə həmin dediym hissləri, yaşantıları özləri üçünya dondurublar, ya da elə bil dona bürünüblər ki, elə bir kodlaşdırma həyata keçiriblərki, təcrid olublar. Özləri özlərini ayrıca bir dünya üçün yaşadıb sakin ediblər.Bu,biraz qarışıq cümlənin arxasında nə Monqolustan dayanmır, dəmonqolsəfiri. Bu,birzamanın maddiyata,səlahiyətə söykənən göstəricisidir. Axı indi özünü hamıdan, hər kəsdən güclü, üstün,ənvacibi isə qüdrətli sayan bir təbəqə var. Onlara hər kəs bir formada, bir adla müraciət edir. Mənisə onları eşitməyən və duymayan bir qrup hesab edirəm. Çünki eşidən və duyan mütləqreaksiya verməlidi – istər mənfi, istər müsbət. Əgər bu reaksiya yoxdusa, deməli,mövzunu qapamaq daha doğrudu. Elə ona görə də monqol səfirinə demək istəyirəm ki:


Səhərimiz var idi

Gülürdü üzümüzə…

O səhərlə ümidlər

Düşürdü izimizə-

Bir vaxtlar…


Tələsirdik hər yandan,

Hər tərəfdənbir yerə

Uçurdu nəfəsimiz

Bir-birinə sirr verə -

Bir vaxtlar…


Gözümüz yol dərirdi,

Əllərimiz hərarət

Tanrımız göndərirdi

Bizə ancaq məhəbbət -

Bir vaxtlar…


İndi xatirələr də

Perikibdi, hürkübdü

Xoşbəxtlik çiçəyini

Birzdən gizli tökübdü -

Bir vaxtlar…


***

Hə, mən uzun-uzadı öz təkliyiminiçərisində düşündükdən sonra gəldiyim yekun nöqtə əlimdəki qələminkağızla təması oldu. O təmasdan anladım ki, qələm, kağızbir-birini nə qədər diqqətdə saxlasa, bir-birinə nə qədər can atsa, o qədər şansımolacaq. Bu şans da əslində həm də bir sığınacaqdı. Doğrudu, bu sığınacağın dam örtüyüyoxdu. Amma bu sığınacaqda duyğu var, hiss var, ürək var, bir də oxucu nəfəsi. Qapısız,pəncərəsiz, dam örtüksüz bu sığınacaqda bir də bolluca işıq var. O işıq haqdan gəlir.Ona görə də mən sıxıntımı, ağrı-acımı bir kənara qoyub qələmlə kağızın təmasınıelə qurmağa, elə əlaqələndirməyə çalışıram ki, heç kim inciməsin. Hətta içimdənkeçənləri elə ifadə etmək istəyirəm ki, bilmədiyim monqol dilində yazmağa cəhd etdiyimməktubu monqol səfiri rahat oxuya bilsin. Və o hörmətli şəxs görsün ki, mən çoxsəmimi bir şəkildə ünvanladığım məktubda heç nəyi gizlətmirəm. İçimdə nə varsa hamısınıyazıram – sərbəst, səmimi bir az da nostalji duyğularla.Axı itirdiyin yuva, uçurulan ev mənə bu hisslərdən yaxa qurtarmaq imkanı vermir.Gərək bunu oxucularım da, hörmətli monqol səfiri də düzgün anlasın. Yeri gəlmişkən,hətta bir şeir də yazmışam. Yazmışam ki:


Özümlə, sözümlə əlbəyaxayam

Çıxmaq çətinləşib mənə içimdən…

Düşünmə acizəm, ələbaxanam -

Nə keçir,deyirəm sənə,içimdən!..


Yorulan ürəyin nəfəsi təntik

Burda yersiz olar axtarmaq məntiq…

Biz fələk əlində göyrəmiş dəndik -

Gəlib ağrı keçdi dənə içimdən!..


Yükü çiynindədi dağın, aranın

Sinəmə vuralan hər cür yarının…

Barı indi bilək qədrin hər anın -

Sənə, «naz et!» deyim mənə içimdən..


Bu şeiri sözgəlişi xatırlatdım.Demək istədim ki, inanasınız və əmin olasınız ki, ancaq içimdəkini, ancaq yaşadıqlarımıyazıram, düşündüklərimi yox,arzularımı yox. Yazıram ki, içim rahatlansın. Və mənimləbirlikdə sizin də, sənin də içinizdə bir rahatlıq hakim olsun. Bununla paralel olaraqməndən bir addım kənara çəkiləsiniz. Narahatlığımın, ağrılarımın üstünüzə sıçramasındanqorunasınız. Elə həmin o çəkildiyniz yerdə də, nöqtədə də misralarımı eşidəsiniz,duyasınız. O misraları ki, onları da sizə ünvanlamışam. Siz bütün hallarda hər şeyinyaxşısını görməyi bacardığınız kimi, hər şeyin yaxşısına da layiqsiniz. Ona görədə:


Dinclik diləyirəm

könlünə

bu dinclik

həm də

rahatlıq gətirsin

ömrünə

mənli, ya mənsiz

təki

həyatın mənalı olsun

ürəyincə

sakit,səssiz…


Doğrudu, səssizlik bəzən adamın təkcə içinəyox, çiyinlərinə də yük olur sıxır onu. Bəzən isə bir rahatlıq və az qala bir xoşbəxtlikgətirir. Odur ki, mən səssizliyin həmin o xoşbəxtlik tərəfini sizin kandarınızaistiqamətləndirirəm. Açın qapınızı, pəncərənizi, gözlətməyin onu qapınızda, gözlətməyinonu kandarınızda.Onsuz da zaman gözləntiləri həmişə alt-üst edir. Çünki onun sürəti böyük, gücü tükənməzdi.Biz isə ona qoşulub gedirik. Onu özümüzə tabe edə bilmirik. Tabe edə bilmədiyimizbu zamanın istisi də, soyuğu da, gecəsi də, gündüzü də bir ilmədi, bir naxışdı.Harda, necə tutacaq onu öncədən bilə bilmərik. Şəxsən mən bu zamanın adamı ola bilmədim, bu zamanın nəbzinitutmağı bacarmadım. Ona görə də onun mənim ömrümə vurduğu naxışlar, ilmələr o qədərqarmaqarışıq bir formadadı ki, adam onu üzə çıxarmağa utanır. Düzdü, müdriklər deyibki, yanlışın özü də bir naxışdı. Mən bunu qəbul edirəm, amma hansı yanlışın və hara qədər olanyanlışınbir naxış olmasına nə özümü, nə də başqasını inandıra bilmirəm. Bir halda ki, özümözümü inandırmağı bacarmıramsa, ya da buna gücüm çatmırsa, onda niyə başqalarınınqarşısında sual qoymalıyam? Axı, sual işarəsi bir az da boynubükük adamları xatırladır.Adamların boynunun bükülməsi təkcə ümidsizlik deyil, həm də mənim kimi Bakı köçkünüolmasıdı… torpaq itirməsidi… ümidlərinin alt-üst olmasıdı… güvəndiyinin, həyatının mənasıhesab etdiyinin, şıltaqlığına, israrlarına, inanclarına, bir sözlə, hökmünəboyun əyməsidi…

Deyəsən sözü sözə calayıb uzatdım. Xəbərimolmadı ki, yazdığım məktub ölçüləri, qaydalarıbir az siyasi anlamda söyləsəm, reqlamenti pozdu. Axı, hər bir məktubun,xüsusilə rəsmi məktubların ölçüsü, forması əvvəlcədən müəyyən edilmiş bir qaydavə qanuna tabe olur. Onu pozanda ən azından ədəbsizlik etmiş olursan. Bax mən dəfatihəsi verilmiş, salavatı çevrilmiş, yuyata götürülmüşevimin cümə axşamı ərəfəsində ağlımdan gəlib keçənləri belə ifadə etməyə çalışıram.


Sən özünü qorxutma,

Dərdi içindən qaldır.

Mənə quranoxutma

Bir kədərmarşı çaldır -

Cümə axşamlarında…


Xatirə şəkillərin

Tök dizininüstünə

Öpəndə şəkilləri

Qızınacamistinə

Cümə axşamlarında…


Çay dəmlətəbəssümlə,

İçinə çiçəkdə qat...

Fincanıma əlinlə

Bir dilim limon da at

Cümə axşamlarında…


Unut son məkanımı,

Məzarıma üz tutma.

Ruhum qonaq gələcək -

Bazarlığı unutma

Cümə axşamlarında!..


Bəli, bu məktubu necə yazdımvə ümumiyyətlə, bu məktub necə alındı, onu siz məndən daha yaxşı bildiniz. Ammadoğrudan-doğruya indi özümü Mozambikin, ya da Anqolanın sakit olmayan bir güşəsindəoturub monqol dilini öyrənən adama bənzədirəm. Elə görkəmim də kənardan bu bənzətmənitəsdiq edir. Olsun! Hər halda öyrənmək heç vaxt gec deyil. Mən dərd çəkməyə öyrəşdiyimkimi, evsizliyə də artıq öyrəşməyə başlamışam. İnanıram ki, elə olduğum, oturduğumyerdəcə bir az da bərk dayana bilsəm, monqol dilini də öyrənəcəm. Və onda sənə şeirlərimioxuculardan gizlin olacaq nöqtələrini monqol dilində yazacam. Axı sən, mənim hansıdilimdə yazmağımdan və danışmağımdan asılı olmayaraq, anlayırsan.

P.S. Bu məktubun heç bir siyasiyozumu və məramı yoxdu. Bu, sadəcə Hülakü xanın Beyləqana gəlib çıxmasını xatırladığımnöqtədə ağlıma gələn pıçıltılardı.


TƏQVİM / ARXİV