QARA QOÇ

FAİQ QİSMƏTOĞLU
70855 | 2017-05-12 14:52

… Sürüdə buruq-buruqbuynuzlu və yarlı-yaraşıqlı bir qara qoç vardı. Və bu qara qoç da digər qoçlarınhamısından seçilirdi. Qara qoçun həm də çox yekə bir quyruğu vardı. Az qalırdı bu yekə quyruq lapyerlə sürünsün. Sürünün də yiyəsi gözünü bu qara qoça dikmişdi. Düşünürdü ki, əli aşağı olanda, bir balaca daradüşəndə bu qara qoçu bazara çıxarıb satar və işlərini yoluna qoyar…

Hərşey isə birdən-birə baş verdi. Elə oldu ki, sürünün sahibinin oğlu ali məktəbə qəbul oldu, o da sevincindən bu qaraqoçu oğluna qurban dedi. Onsuz da onun sürüsündə nə qədər desən qoçlar vardı və bu qoçlar da heç də bu qara qoçdan geri qalmazdı. Həmin qoçlarda qara qoçdan fərqli olaraq bir şey çatışmırdı. O da bununlabağlı idi ki, kişinin saxladığı qara qoçhansı qoçla döyüşürdüsə onun gözünün odunu alırdı. Nəinki bu sürüdə, hətta qonşuların qoyun sürüsündəonun qabağına çıxan yox idi…

Kişi qoyun sürüsünü örüşə aparmışdı. Və bu örüşdə də qoyunları başlı-başına buraxıb getmişdi Fehruzundükanından «Kazbek» alsın, sonra daonu o ki var damağına qoyub fısıldatsın.Çünki Cəmşid kişinin «Kazbek»dən savayıheç bir papirosdan xoşu gəlməzdi. Söz də düşəndə deyirdi ki, o birilərinheç biri «Kazbek»in fısını vermir. Yəni bukişi «Kazbek»i elə sümürürdü ki, elə bil ki, bal yeyirdi. Onsuz da «Kazbek» Cəmşid üçün baldan da şirin idi…

… Sürü sahibsiz qalandabir neçə canavar ora hücum çəkdi. Qoyunların irilərini pəncələrinə alıb aradan çıxmaqistədilər. Düzdür, bəzi zəif qoyunlar eləilk hücumdan parçalandı. Amma qara qoça gələndə vəziyyət çox qəlizləşmişdi. Sürüdə çobanın olmadığını görən bir neçə canavar yenidən onların üstünəhücum çəkdi. Qara qoça yaxınlaşan qara canavar bir göz qırpımında onun üstünəsıçradı. Qara qoç isə geri çəkildi,iri, uzun, xəncər kimi iti buynuzuyla canavarın qarnından bir zərbə ilişdirdi. Canavar gördü ki,bu qara qoç heç də o biri qoçlar kimi asanlıqlaonlara yem olmayacaq. İlk zərbədən gözü qorxancanavar geri çəkildi. Yenə qüvvəsini toplayıbiriquyruqlu, buruqbuynuzlu qara qoçahücum çəkdi və bu dəfə də qara qoç heç nədənçəkinməyərək canavarın başqa bir yerindən buynuzunuilişdirdi. İlişən yerdən qan axmağabaşladı. Və digər canavarlar da qara qoçuniri buruq-buruq buynuzundan deyəsənçəkindilər. Sürüdən bir-iki quzunu götürüb meşəliyə qaçdılar…

Qara qoçun quyruğuyaralanmışdı. Az keçmədi ki, çoban örüşə qayıtdı. Gördü ki, balam, qoyun-quzunun,hətta qoçların bir neçəsiyoxdu. Gözünə dəyən qoyunlarınsa ya quyruqları qan içindədi, ya da hansısacan verir. O dəqiqə barmağını dişlədi ki,sürüyə canavar daraşıb. Kişi peşmançılıqhissi keçirdi. Ancaq hər şey gec idi. Canavarlar sürüyə darışmışdı və öz paylarını da aparmışdı…

Kişi düşündü ki,kaş oğluna dediyi qurbanlığı canavar yeməyəydi.Gözü sürüdə qara qoçu axtardı. Özünü ora-bura vurdu, nəfəsitəngidi, qan-tərə batdı və gözü birdən-birə sürünün içində olanqara qoça sataşdı. Yaxına gəlib diqqətlə qara qoça baxdı. Gördü ki, quyruğu yaralıdı və qan axır. Qabaq tərəfə keçib qaraqoçun buynuzlarına da baxdı. Buynuzunun ucundaqan izləri gördü. Yenə yadına düşdü ki, canavarlar qara qoçu da yemək istəyib. Ancaq qara qoç onlarla axıra qədər döyüşüb və canavarın ağzından xilas olub.

… Qara qoça bir dədiqqətlə baxdı. Həkimi çağırdı, həkim də nəzər yetirəndən sonra dedi ki, mütləq buna qabaqlayıcı iynə vurmalıyıq. Həkim iynəni qara qoçavurdu və yaranı da dərmanla möhkəm-möhkəm yudu. Sonra da kişiyə tapşırdı ki, çalışın bir neçə günqara qoçu sürüyə buraxmayın. Yarayainfeksiya keçsə yoxsa qara qoç tələf olar. Kişihəkimin dediklərini birər-birər yerinəyetirdi. İyirmi gündən sonra qara qoç tam sağaldı və onu sürüyə qatdılar…


TƏQVİM / ARXİV