adalet.az header logo
  • Bakı 19°C
12 May 2017 15:14
4881
İDMAN
A- A+

Bakı-2017: Həndbol millimiz İslamiadanı 5-ci pillədə başa vurdu

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində həndbol yarışı davam edir.

Adalet.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət komandası 5-ci yer uğrunda görüşdə Mərakeş yığması ilə qarşılaşıb.

31:25 hesabı ilə qalib gələn millimiz İslamiadanı 5-ci pillədə başa vurub.

Qeyd edək ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Bu gün yarışların açılışı olacaq.