adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 May 2017 14:38
6060
İDMAN
A- A+

AZAL fəaliyyətini “Şüvəlan” adı altında bərpa etdi

AZAL Peşəkar Futbol Klubu fəaliyyətini bərpa edib.

Adalet.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bununla bağlı klubun saytı bəyanat yayıb.

Mayın 3-də fəaliyyətini dayandırması haqda məlumat yayan klubun bəyanatında bildirilir ki, bu qərar fanatlar, xüsusilə Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olmuş və bununla bağlı çoxsaylı müraciətlər edilmişdi.

"Bu müraciətlərə baxıldıqdan sonra sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılmış, keçmiş klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq, yeni mövsümdən AZAL klubunun məhz qəsəbənin adını daşıyan "Şüvəlan Futbol Klubu” adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb”.

"Şüvəlan” yeni mövsümdə I divizionda təmsil olunacaq. Bildirilir ki, klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək: "Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdi. İnanırıq ki, bu qərarın əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək”.