adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 May 2017 14:32
4208
İDMAN
A- A+

Dünya çempionumuzun rəqibi müəyyənləşdi

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi bəlli olub.

Yarışın Əməliyyat Komitəsindən verilən məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev 1/4 finalda Hakan Doğanla (Türkiyə) üz-üzə gələcək.

Dünya çempionumuzun rəqibi bu gün keçirilən 1/8 final döyüşündə müəyyənləşib. Yoel Volliamsonu (Qayana) mübarizədən kənarlaşdıran türkiyəli idmançı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

Çələbiyevin türkiyəli boksçu ilə görüşü mayın 14-də olacaq.